Zakir Həsənov İranın müdafiə nazirinə başsağlığı verdi - Mətn

img

14-01-2019 [18:03]


Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Hüseyn Baqeriyə və İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəmiyə başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a daxil olan başsağlığında deyilir: 

"Qardaş İran İslam Respublikası Silahlı Qüvvələrinə məxsus yük təyyarəsinin Kərəc şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Sizin ağrınız bizim də ağrımızdır.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR