2 manata qalxan "Hell"in qiyməti düşdü - Şirkət rəhbərindən xalqı dolayan açıqlama

img

14-01-2019 [19:12]


Vergi qanunvericiliyinə edilən dəyişiklikləri bəhanə edərək, qiyməti iki dəfə qaldıran "Hell Azərbaycan" şirkəti yenidən qərarını dəyişib.

Mia.az xəbər verir ki, bu barədə "Hell Azərbaycan” şirkətinin marketinq direktoru Müşviq İsgəndərov açıqlama yayıb.

O bildirib ki, aksiz vergisinin tətbiq edilməsi bu ilin fevral ayının ortalarına qədər təxirə salındığı üçün onlar enerji içkilərini həmin müddətə qədər yenidən köhnə qiymətlə satacaq: "Fevralın ortalarına qədər aksiz vergisinin tətbiq edilməsi uzadıldığı üçün hal-hazırda bütün mağazalardan 1 azn ödəyərək "Hell" ala bilərsiniz".

Xatırladaq ki, yanvar ayının 1-dən "Hell" 1 manatdan 2 manata qaldırılmışdı.

Şirkət rəsmisi isə bahalaşmaya hansı səbəbdən getdiklərini isə açıqlamayıb. Açıqlamadan isə aydın görünür ki,  vergi dəyişikliklərinin qanuni qüvvəyə minməməsinə baxmayaraq, "Hell" fürsətdən yararlanaraq, xalqın cibinə girmək istəyib. Lakin sonradan hansısa "sehirli əl", yaxud bazarı itirmək qorxusu geriyə addım atmaq məcburiyyəti yaradıb...

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR