Təhsildə inqilabi dəyişiklik: nədən başlamalı? - Professor yazır

13-01-2019 [12:58]
Saleh MƏMMƏDOV, 
PROFESSOR

***

Dünən (12.01.2019) təhsil nazirliyinin mətbuat xidmətinin təşkil etdiyi olimpiada mərkəzinə infoturda iştirak etdim (dəvətə görə Cəsarət bəyə təşəkkür edirəm), təəssüratlar pozitivdi, nəhayət ki, qaranlıqdan işığa yol tapılmaq, intelektin yeganə inkişaf mənbəyi olmasını anlamaq və əsrlər boyu davam edən ətalətdən qurtarmağa cəhd nişanələri görünməkdədir. 

İlkin könüllülük əsasında qurulan bu gözəl işin hökümət tərəfindən də yüksək dəyərləndirilməsi optimizmə ciddi əsas verir. Sərbəst qurulan bu iş sözsüz ki, xeyli müsbət nəticələr vermişdir, gənclərimiz bir neçə dünya olimpiadalarında yüksək medallar qazanmışdır. 

Amma bütün cəmiyyət bu işə istiqamətləndirsə - özəl şirkətlər, zəngin insanlar, beynəlxalq korporasiyalar, beynəlxalq qurumlar, inkişaf etmiş dövlətlər və s.  səmərə dəfələrlə artar, ölkənin təhsil sistemini inkişaf etmiş dünya səviyyəsinə qaldırmaq olar. Bunun da yükü əsas etibarı ilə hökümətin təmsilçisi Təhsil Nazirliyinin (TN) üzərinə düşür. 

Nədən başlamalı:

1. Olimpiada mərkəzinə (OM) xüsusi status verilməsi və əlavə maliyyə ayırılması (xüsusilə bu fədəkar müəllimlərin ən yüksək maaşla təmin olunması üçün). Daha mütərəqqi universitetlərdən birinin (məsələn, Xəzər) məsləhətçi kimi əməkdaşlığa qoşmaq. Funksiyalarının genişləndirilməsi və həm də xarici universitetlərə hazırlığın bu mərkəzə həvalə olunması. 

2. OM-də hazırlanan şagirdlərin beynəlxalq scholarship proqramlarında iştirakının təmin olunması, bunun üçün şagirdlərin SAT, TOEFL, GMT, İELTS, TESTDAF, NNC və s. imtahanlarına kömək, qrant seçilməsinin və qələbənin təmin olunması. Qrant qazanan tələbələrə və iştirakçı müəllimlərə böyük mükafat nəzərdə tutulması. Dünyanın 100 top universitetinin ilk 50-sinə qəbul olunan tələbələrin təhsil haqqının və təqaüdünün ödənilməsi, digər əllilikdəki universitetləri qazanan tələbələrə isə güzəştli təhsil kreditlərinin verilməsi. Dünyanın başqa universitetlərinə daxil olma sərbəstdi. 

3. ON-nin işinin rəqəmsəl sistemə keçməsi, rəqəmsəl dərsliklərin hazırlanması, bütün dərslərin kameralaşması və onlayn keçilməsi, ölkənin (hətta bütün dünyanın) məktəblərinə və ictimaiyyətə birbaşa -onlayn açıq olması, həmçinin dünyanın müxtəlif ölkələrindən onlayn müəllimlər dəvət olunması. Bu sosial şəbəkələr vasitəsi də ola bilər. Belə yüksək səviyyəli dərslərdən ölkə üzrə bütün şagirdlər (hətta müəllimlər) yararlana bilməlidir. İT-nin bugünkü səviyyəsi buna tam imkan verir. 

4. Bütün cəmiyyətin təhsilə yönləndirilməsi üçün geniş təbliğat -təşviqat işi aparılmalı, vergi, təssərrüfatçılıq metodları ilə stimullaşdırıcı tədbirlər hazırlamaq lazımdır. Böyük şirkətlərin himayəsi, birbaşa ianələri, zəngin insanların köməyini toplamaq üçün tədbirlər keçirmək zəruridi. İnkişaf etmiş dünya təhsilinin böyük bir hissəsi bu mənbəələr hesabına maliyyələşdirilmişdi.


Mia.az


Digər Xəbərlər

SON XƏBƏRLƏR