warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Shell indir hacklink
Şriftin ölçüsü / 863 dəfə oxunub

Hansı rektorlar vəzifədən gedəcək? - Prezident fərmanının izi ilə...

13 Yanvar 2019 [01:23]
Məlum olduğu kimi, bir ay əvvəl, daha dəqiqi, 10 dekabr 2018-ci ildə Prezident İlham Əliyev "Təhsil haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanında dəyişiklik edib.

Həmin Fərmana edilən dəyişikliyə əsasən,  "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa 2.13-cü bənd - "Dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin edilir” sözləri əlavə olunub.

Mia.az-ın məlumatına görə, bu fərmandan sonra ölkə mətbuatında təyinatından 5 il ötən rektorların işdən azad ediləcəyi, yaxud yenidən vəzifəyə təyinat alacaqları ilə bağlı xəbərlər artıb.

Məlumata görə, hazırda fərmana əsasən, 5 illik limiti dolduran rektorlar arasında 
27 dekabr 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına rəhbərlik edən Urxan Ələkbərov, 1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə rəhbərlik edən Gülçöhrə Məmmədova, 2014-cü ilin martından Azərbaycan Dövlət İqtisad Universitetinə rəhbərlik edən Ədalət Muradov, 25 iyul 2013-dən  Azərbaycan Dövlət Aqrar Universitetinə rəhbərlik edən AMEA-nın müxbir üzvi  İbrahim Cəfərov, 13 mart 2013-cü ildən Azərbaycan Texnologiya Universitetinə rəhbərlik edən Akif Süleymanov,  2012-ci ildən Bakı Ali Neft Məktəbinə rəhbərlik edən Elmar Qasımovun və daha bir neçəsinin adı var.

Maraqlıdır, görəsən, yeni fərmandan sonra bu rektorlarla bağlı hansı qərar veriləcək?

Mia.az-ın məlumatına görə, bu fərman yeni qəbul olunduğundan əvvəl təyin edilən rektorlara şamil edilməyəcək: "Bildiyiniz kimi, Azərbaycan qanunlarına görə, yeni qanunlar əvvəl qəbul edilən qərarların pozulmasına şamil oluna bilməz. Yəni məhz hazırkı dəyişikliyi əsas tutub, adıçəkilən rektorları vəzifədən azad ediləcəyi gözlənilmir”.

Məlumata görə, prezidentin 10 dekabrda imzaladığı fərman bundan  sonra təyin olunacaq rektorlara şamil ediləcək: "Yəni bundan sonra rektorlar bir çox aparıcı dünya ölkələrində olduğu kimi, Azərbaycanda da müddətli təyin olunacaq. Həmin müddət bitəndən sonra prezident sərəncamı ilə müddətin uzadılıb-uzadılmaması müəyyən olunacaq”.

Məlumata görə, hazırda qarşıdakı illərdə Azərbaycanda rektor məsələsinin seçki ilə həyata keçirilməsi də müzakirə mövzusudur: "Bu istiqamətdə bir neçə variant var.  Hazırda əsas variant Türkiyə modelidir. Yəni universitetlər daxildə seçki keçirir, öz namizədini müəyyənləşdirir və təqdimatla ölkə prezidentinə göndərirlər. Prezident isə həmin namizədin təsdiqlənib-təsdiqlənməməsinə qərar verəcək. Azərbaycanda əsasən bu modelin gələcəkdə tətbiqi ciddi müzakirə olunur”.



SON XƏBƏRLƏR
17:31 19.03.2019
Nazarbayev istefa verdi