Mehman Hüseynov heç bir məktub yazmayıb? - Atası və vəkili danışdı

img

11-01-2019 [22:40]


Mehman Hüseynovun atası Rafik Hüseynov oğlunun heç bir məktub yazmadığını və aclığı dayandırmadığını deyib.

Mia.az "BBC News Azərbaycanca"ya istinadən bildirir ki, Rafik Hüseynov belə məlumatların yayılmasından narahat olduğunu deyib.

Bloqçunun atası bu gün oğlu ilə görüşmədiyini deyir və yayılan məktubu şübhəli hesab edir.

Bloqçunun vəkili Şəhla Hümbətova "BBC News Azərbaycanca"ya bildirib ki, ötən gün axşam saatlarına kimi Mehman Hüseynovun yanında olub və onun məktub yazaraq aclığı dayandırması barədə məlumatı yoxdur.

"Mən aclıq aksiyamı davam edirəm və heç bir akta da imza atmamışam",- Mehman Hüseynov həmin günü vəkilinə bildirib.

Şəhla Hümbətova deyib ki, bu gün Mehman Hüseynovla heç bir vəkili görüşməyib.

Xatırladaq ki, bu gün yerli mediada Mehman Hüseynovun aclıq aksiyasını dayandırdığı və onun özünün bu barədə məktub yazması barədə xəbərlər yayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR