ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide hack forum Mübariz Qurbanlı: "Din adından sui-istifadə edənlər sabitliyi pozmağa, qarşıdurma yaratmağa cəhd göstərirlər" - mia.az
Şriftin ölçüsü / 111 dəfə oxunub

Mübariz Qurbanlı: "Din adından sui-istifadə edənlər sabitliyi pozmağa, qarşıdurma yaratmağa cəhd göstərirlər"

11 Yanvar 2019 [11:41]
 "Radikal dini qruplar, din adından sui-istifadə edənlər olduqca təhlükəlidir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, hazırda din adı altında gizlənən, dini siyasiləşdirən qruplar var: "Onlar bunun vasitəsilə ayrı-ayrı ölkələrdə ictimai-siyasi sabitliyi pozmağa, qarşıdurma yaratmağa cəhdlər edirlər. Bəzi ölkələrdə hətta buna nail də olublar. Biz bunu Suriyanın, İraqın, Əfqanıstanın və digər ölkələrin timsalında görə bilərik. Ona görə də dindən sui-istifadəyə qarşı ciddi qabaqlayıcı tədbirlər görülməlidir. Ölkədə bununla əlaqədar müvafiq dövlət orqanları tərəfindən lazımi addımlar atılır".

M.Qurbanlının spzlərinə görə, dini radikalizmlə bağlı çəkilən filmlərə gənclərin marağının böyük olduğu müşahidə edilir: "Bu cür filmlər vasitəsilə biz ölkəmizdəki dini durum, dövlət-din münasibətləri, din pərdəsi altında gizlənən radikallar barədə daha dolğun məlumatları ictimaiyyətə, xüsusilə də gənclərə çatdıra bilərik".


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide hack forum
SON XƏBƏRLƏR