Azərbaycanda energetik içkilərin gömrük rüsumu qalxdı - Hökumətdən qərar

11-01-2019 [10:45]
Nazirlər Kabineti "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

Mia.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, 2019-cu ilin dekabrın 15-dək Azərbaycana idxal edilən meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilərə gömrük dəyərinin 15%-i qədər gömrük rüsumu tətbiq olunacaq.

Bu qərar 30 gün sonra, fevralın 10-da qüvvəyə minəcək.

Qeyd edək ki, şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular və alkoqolsuz energetik içkilərin 1 litrinə 0,3 dollar idxal gömrük rüsumu tətbiq edilir. İndiyə qədər meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilərin də 1 litri üçün 0,3 dollar idxal gömrük rüsumu alınıb.

Xatırladaq ki, alkoqollu energetik içkilər də daxil olmaqla digər alkoqollu içkilərin bir litrinə 2 dollar idxal gömrük rüsumu tətbiq edilir. 


SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə