PKK/YPG-PYD Azad Suriya Ordusuna atəş açıb, 2 döyüşçü ölüb

img

10-01-2019 [17:48]


 Terrorçu PKK/YPG-PYD qruplaşması ABŞ istehsalı olan "TOW” antitank raketi ilə Tel Rifat bölgəsindən hücumu nəticəsində Azad Suriya Ordusunun (ASO) iki döyüşçüsü ölüb.

"Report” "Aksham”a istinadən xəbər verir ki, Hələb əyalətinin şimalında yerləşən Tel Rifat bölgəsini işğal edən bu terrorçu qruplaşma Azez rayonuna bağlı Kelcibrin kəndində cəbhə xəttində patrul xidməti həyata keçiriən Azad Suriya Ordusuna məxsus avtomobili hədəfə alaraq ABŞ isetehsalı olan "TOW” raketi ilə vurub. Nətiəcədə hərbi maşın yararsız vəziyyətə düşüb, iki döyüşçü isə ölüb.

Məlumata görə, yanvarın 9-da da həmin yerdən terroruçular hücum edib. Ancaq itki olmayıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR