MTRŞ növbəti iclas keçirdi - İlin hesabatı verilib

10-01-2019 [17:10]
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Şuradan Mia.az-a verilən məlumata görə, 20 Yanvar faciəsinin 29-cu ildönümünə və ötən ilin yekunlarına həsr olunan iclasda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda çıxış edən MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmov bildirib ki, yanvar faciəsi ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mərdliyini bir daha sübut edib.  O, bu hadisəyə ilk siyasi qiymətin 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb. 

Sonra Şuranın 2018-ci il hesabatı dinlənilib və qənaətbəxş hesab olunub.


SON XƏBƏRLƏR