Lukaşenkodan Rusiya ilə birləşmə xəbərinə reaksiya: "Putinlə birmənalı şəkildə müəyyələşdirdik ki..."

10-01-2019 [16:17]
"Belarus və Rusiyanın vahid dövlətdə birləşməsi məsələsi gündəmdə deyil".

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko hökumətin iclası zamanı deyib.

A.Lukaşenko bildirib ki, bu məsələ Rusiya prezidenti Vladimir Putinlə də müzakirə olunub: "Biz Rusiya prezident ilə birmənalı şəkildə müəyyələşdirdik ki, Belarus və Rusiyanın birləşməsi məsələsi gündəmdə yoxdur”.

Trendin məlumatına görə, Belarus prezidenti əlavə edib ki, iki dövlətin ittifaqı yalınız bərabərhüquqlu əsasda inkişaf edə bilər/Virtualaz.org


SON XƏBƏRLƏR