ware script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Shell indir
Şriftin ölçüsü / 227 dəfə oxunub

"Süleyman Dəmirəl deyərdi: “Super güclərin çarxı geri hərəkət etməz” - Mövlud Çavuşoğlu

10 Yanvar 2019 [13:49]
"Bizim PKK/YPG-PYD-yə qarşı hərəkatımız ABŞ-ın hərbçilərini bölgədən çıxarmasından asılı deyil”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində bildirib.

"Rəhmətlik Süleyman Dəmirəl deyərdi: "Super güclərin çarxı geri hərəkət etməz”. Biz Suriya məsələsində ABŞ-ın "çarxının geri” hərəkət etdiyini görürük. Məsələ ilə bağlı ABŞ Prezidenti Donald Tramp qərar verib və çıxış edib. Yanvarın 9-da dövlət katibi Maykl Pompeo da bu məsələyə münasibət bildirib. Suriyalı kürdlər "YPG” deyil, türkiyəli kürdlər PKK deyil. Bunu hər kəs çox yaxşı bilir. Maykl Pompeo Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olub. Hamıdan yaxşısını o bilməlidir. PKK/YPG-PYD-nin sürgün etdiyi yüz minlərlə suriyalı kürdə Türkiyə sığınacaq verib. Bizim problemimiz bu terror qruplaşmasına ABŞ-ın dəstək verməsidir. Bu terror qruplaşması ABŞ-ın dəstəyi ilə ərəblərin yaşadığı ərazilərə nəzarət edir. Haqdan danışan ABŞ-ın "YPG”nin işgəncə verdiyi suryaniləri müdafiə etdiyini eşitmirik. Qocaman bir dövlətin NATO-dakı müttəfiqliyimiz və əməkdaşlığımıza baxmayaraq, bir terror qruplaşmasına sığınması doğru deyil. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Fərat çayının şərqinə girəcəyimizi deyib. ABŞ da oradan çıxacağına söz verib. Ancaq ortada onların çıxmaması üçün çalışanlar var. Donald Trampın verdiyi söz bizim üçün keçərlidir. Prezidentin milli məsələlər üzrə müşaviri Con Bolton və başqalarının açıqlamalarından görürük ki, onlar bu çəkilmənin tərəfdarı deyillər”, - Türkiyə XİN başçısı qeyd edib.

Mövlud Çavuşoğlu ABŞ-ın "YPG”yə verdiyi silahları toplamadığını da vurğulayıb.

"Maykl Pompeo ilə telefonla danışmağı planlaşdırıram. Həm onun, həm də Donald Trampın Türkiyəyə gələcəyi ilə bağlı sözləşməm var. Qarşılıqlı ziyarətlərin edilməsi faydalıdır”, - o söyləyib.

Xatırladaq ki, yanvarın 9-da Maykl Pompeo İraqa elan olunmamış səfər edib/Report.


SON XƏBƏRLƏR