ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide hack forum "Biz terrorçuların Türkiyəni təhdid etdiyinin fərqindəyik" - ABŞ Dövlət katibi - mia.az
Şriftin ölçüsü / 97 dəfə oxunub

"Biz terrorçuların Türkiyəni təhdid etdiyinin fərqindəyik" - ABŞ Dövlət katibi

10 Yanvar 2019 [13:00]
"Türkiyənin terrorçulara qarşı mübarizəsini anlayır və dəstəkləyirik”.

"Anadolu” agentliyi xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo jurnalistin Prezident Rəcəb Tayyib Ərdoğanın terrorçu PKK/YPG-PYD qruplaşmasının Türkiyə üçün bir təhlükə mənbəyi olaraq tanınması fikri ilə bağlı sualına cavabında deyib.

"ABŞ Prezidenti Donald Trampın Suriyadan hərbçilərimizi çıxarmaq məsələsində heç bir dəyişiklik yoxdur. Həm İŞİD-ə qarşı mübarizə aparacağıq, həm də Suriyada uyğun bir halda çıxacağıq”, - M.Pompeo bildirib.

O, jurnalistin "Türkiyə və "kürdlərlə” (terrorçu PKK/YPG-PYD qruplaşmasını nəzərdə tutur -red.) əlaqələri necə quracaqsınız” sualına cavabında bildirib: "Hər iki tərəflə görüşmüşük. Hərbçilərimizin təhlükəsiz çıxması ilə bağlı görüşlər keçiririk. Çıxmazdan əvvəl Suriyanın İŞİD-ə aid bütün ünsürlərdən təmizləndiyinə tam əmin olmaq istəyirik. Ərdoğan terrorçuların (PKK/YPG-PYD-ni nəzərdə tutur - red.) onların həyatı üçün bir təhdid mənbəyi olduğunu bildirib. Biz də terrorçuların Türkiyəni təhdid etdiyinin fərqindəyik və bu məsələdə Türkiyəni dəstəkləyirik. İfratçılar və terrorçular harada olur-olsun, onlara qarşı mübarizə aparan qüvvələri dəstəkləməyə hazırıq. Buna Türkiyə kimi başqa ölkələr də daxildir".

Xatırladaq ki, yanvarın 9-da Maykl Pompeo İraqa elan olunmamış səfər edib.

Qeyd edək ki, ötən il Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında olan telefon danışığından sonra ABŞ Prezidenti ölkə hərbçilərinin Suriyadan çıxması barədə sənədi imzalayıb/Report.


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide hack forum
SON XƏBƏRLƏR