09-01-2019 [17:42]
"Asan xidmət” mərkəzlərində rəhbər tutulan standartların dövlət orqanlarının xidmət mərkəzlərində tətbiqi vəziyyəti ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb.
Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının 8.6-cı bəndinə əsasən, "ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı müvafiq tədbirlər həyata keçirilməlidir. Azərbaycan Açıq Hökumət Platformasının üzvü "Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB-nin eksperti Rəna Səfərəliyeva tərəfindən sözügedən bəndlə nəzərdə tutulan tədbirlərin icrası vəziyyətinin öyrənilməsi üçün monitorinq aparılıb.
Monitorinqin keçirilməsində məqsəd dövlət qurumlarının xidmət mərkəzlərində "ASAN xidmət”in fəaliyyət prinsiplərinin tətbiqi ilə bağlı gerçək vəziyyəti öyrənmək və xidmət mərkəzlərinin fəaliyyətini daha da gücləndirmək üçün tövsiyyələr hazırlamaqdır.
Monitorinq 6 dövlət qurumunu (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC, Mərkəzi Poçt Şöbəsi nəzdində 1 saylı Şəbəkə Rabitə Xidmətləri Mərkəzi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi, Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi, Vergilər Nazirliyi Nəsimi Rayonu Vergi Ödəyicilərinə Xidmət Mərkəzi, Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi İnformasiya Təminatı Sektoru, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi) əhatə edib.
Monitoriqn nəticələrinə əsasən Monitorinq Hesabatı hazırlanıb. Azərbaycan Açıq Hökumət Platformasnın Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirində nəticələri açıqlayan R.Səfərəliyeva bildirib ki, "hesabat 6 dövlət qurumunun xidmət mərkəzlərinin fəaliyyətinin şəffaflıq, rahatlıq, operativlik, nəzakətlilik, məsuliyyət, vətəndaş məmnuniyyəti meyarları əsasında monitorinqinin nəticələrini açıqlayır və xidmət mərkəzlərinə daha da "asan” xidmət göstərmələri üçün ümumi və xüsusi tövsiyələr təqdim edir. Xüsusilə də ictimai xidmətlərin əhaliyə çatdırılması zamanı müxtəlif dövlət qurumları arasında mövcud olan qarşılıqlı əlaqələrin vəziyyətinə ayrıca diqqət yetirilir”.
Nəticələrə əsasən xidmət mərkəzlərininəlanəticə göstərdiyi meyarlarnəzakətlilik, daha sonraməsuliyyət,rahatlıqvəoperativlikmüəyyən olunmuşdur. Şəffaflıq meyarı üzrə nəticələriortasəviyyədə qiymətləndirmək mümkündür. Vətəndaş məmnuniyyəti meyarı ilə bağlı nəticələr isəaşağıolmuşdur. Bu nəticələrdən belə qənaətə gəlmək mümkündür ki, monitorinqə cəlb edilmiş xidmət mərkəzləri şəffaflığı təmin edən mexanizmləri təmin etməli, ən əsası isə, vətəndaş məmnuniyyətini öyrənən mexanizmləri tətbiq etməlidir.
Xüsusilə qeyd edilməlidir ki, 2017-ci ilin monitorinqinin nəticələri ilə müqasiyədə 2018-ci ildə ciddi irəliləyiş müşahidə olunur. Bütün meyarlar üzrə ortalama 10% irəliləyiş baş vermişdir ki,rahatlıqmeyarında bu göstərici 20%-dən də yüksək olmuşdur.
Təqdimatdan sonra müzakirələrdə səslənən fikirlərə münasibət bildirən R.Səfərəliyeva sualları cavablandırıb və monitorinqin aparılmasında verdiyi dəstəyə görə Azərbaycan Açıq Hökumət Platformasına təşəkkür edib.
Monitorinq Hesabatı iləburadantanış olmaq olar.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"