2019-cu ildə manatın taleyi necə olacaq? - Qubad İbadoğludan şərh + CƏDVƏL

img

08-01-2019 [21:21]


"Valyutaya tələbat artıb, idxal çoxalıb, xarici ticarətdə müsbət saldo azalıb. Ötən il valyuta satışı əvvəlki ildən 54,9 faiz, idxal isə 32,2 faiz çox olub. 2018-ci ildə idxal 2013-cü ildən sonra ən yüksək səviyyədə qeydə alınıb".

Mia.az xəbər verir ki, bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu irəli sürüb. 

Onun sözlərinə görə, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin dekabr ayı ərzində 677,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Beləliklə də bu il ərzində ARDNF tərəfindən satılan valyuta vəsaitinin həcmi 5 milyard 576 milyon dollara çatıb ki, bu da 2017-ci il üzrə cəmi valyuta satışından 54,9 faiz çoxdur: 

"Hesablamalar göstərir ki, ARDNF bu ilin 7 ayında ötən ildəki qədər valyuta satıb. Bu il ərzində ARDNF-nin orta aylıq satışı 464,6 mln ABŞ dolları olub. Ötən il üzrə orta aylıq valyuta satışı göstəricisi 299,8 milyon ABŞ dolları olub. Göründüyü kimi, bu il üzrə orta aylıq valyuta satışı göstəricisi ötən ilkindən 54,9 faiz çoxdur.

Rəsmi statistikaya görə, bu ilin 11 ayında idxalın həcmi 10295,5 milyon dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,2 faiz çoxdur. Ötən ilki idxal əməliyyatı 2013-cü ildən sonra ən yüksək səviyyədə qeydə alınıb. Beləliklə də, 2018-ci ildə idxalın artması nəticəsində xarici ticarətdə müsbət saldo azalıb. Şübhəsiz ki, ötən ilin dekabr ayında dünya bazarında neft qiymətlərinin ucuzlaşması ixracatı və ilin sonunda idxalın artımı xarici ticarətdə müsbət saldonun daha da azalmasına gətirib çıxaracaq.

Göründüyü kimi, ötən il manata təzyiqi artıb və bu ilin start vəziyyəti əvvəlki ildəkindən fərqlidir. Odur ki, bu il xüsusilə də neftin dünya bazar qiymətlərinin ucuzlaşacağı halda manatın sabitliyinə risklər çoxalacaq".

Daha geniş məlumatlar şərh hissəsindəki cədvəldə təqdim olunur:

Gubad Ibadoglu adlı şəxsin şəkli.





Digər xəbərlər
SON XƏBƏRLƏR