08-01-2019 [12:04]
Ankarada Qlobal Jurnalist Təşkilatı (Küresel Gazeteciler Konseyi) adlı yeni beynəlxalq jurnalist təşkilatı qurulub.
Mia.az "Report”a istinadən xəbər verir ki, "Anadolu Mediası Gücbirliyi Platformu” (AGP) və "DİM Media”nın İdarə Heyətinin sədri Mehmet Ali Dim təşkilatın təsisçi sədri seçilib.
Yeni təşkilatın fəxri sədri isə jurnalist Yavuz Donat olub.
Qlobal Jurnalist Təşkilatının təsisçi üzvləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu ziyarət ediblər.
Təşkilat yaxın vaxtlarda Avropada, Amerikada, MDB məkanında da fəaliyyət göstərəcək və böyük işlər ortaya qoyacaq.
Azərbaycandan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı da təsisçilər arasında yer alır.
Digər təsisçilər isə bunlardır:
"DİM” və "Sabah” yazarı, duayen jurnalist Yavuz Donat, DHA (Demirören Haber Agentliyi) direktoru Salih Zeki Sarıdanişment, "Sabah”ın Ankara təmsilçisi Osman Altınışık, "Habertürk”ün Ankara təmsilçisi Bülent Aydemir, "Akit” Ankara təmsilçisi Hacı Yakışıklı, TRT Dairə sədri Amber Türkmen, "Milliyet”in idman müdiri Tayfun Bayındır, DHA Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) təmsilçisi Sefa Karahasan, Kayseri Qəzetçilər Cəmiyyəti başqanı Veli Altınkaya, Trakya Qəzetçilər Cəmiyyətinin eks-sədri Lütfü Karakaş, "Anadolu” Agentliyinin veteran bölgə müdiri, Samsun 19 May Qəzetçilər Cəmiyyəti başqanı Yusuf Ziya Çakır, TRT-nin sabiq Nyu York təmsilçisi, Türkiyə Xarici İşlər Nazirliyinin eks-mətbuat məsləhətçisi, İstanbul Texniki Üniversitetinin rektor məsləhətçisi Kahraman Halis Çelik, BR TV İdarə Heyətinin sədri Mehmet Çetinkaya, Türk-İngilis Qəzetçilər Birliyinin sədr müavini və DHA London təmsilçisi Aynur Tattersall.
Təsisçi üzvlərlə söhbət edən nazir M.Çavuşoğlu ziyarətə görə təşəkkür edərək təşkilat üzvlərinə işlərində uğurlar arzulayıb. O, bu təşkilata dəstək verəcəyinə də söz verib.
Təşkilat sədri Mehmet Ali Dim nazirlə görüş barədə deyib: "Ankarada xarici işlər nazirimiz Mövlud Çavuşoğlunu ziyarət edərək, onu beynəlxalq miqyasda yeni təşkilatımız barədə məlumatlandırdıq”.
Qeyd olunub ki, bu günə qədər Türkiyədə qurulan beynəlxalq jurnalist təşkilatlarında İstanbul mediası təmsil olunmurdu. Amma bu təşkilat həm yerli, həm də xarici mətbuatı öz sıralarında birləşdirməklə dünyanın ən böyük jurnalist qurumu olmağı hədəfləyib.
Yeni jurnalist təşkilatına KGK, yerli media və xarici media iclasları da daxil olacaq.
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib