Qanunsuz ov edən 5 nəfər saxlanıldı

img

08-01-2019 [11:01]


Yanvarın 7-də qanunsuz ov etdiklərinə görə 5 nəfər Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mia.az-a verilən məlumata görə, araşdırmalarla onların Fizuli rayon sakinləri Yavər Rəhimov, Təvəkkül Şıxəliyev, Firqət Muradov, Elyar Eyvazov və Rasim Kərimov olduqları müəyyən edilib.

Onlardan 2 ədəd "TOZ-63”, "İJ-58”, "MR-155” və müvafiq sənədləri olmayan "İJ-18” markalı ov tüfəngləri və 15 ədəd patron, habelə ovladıqları 10 ədəd dovşan götürülüb. Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR