“Mehman Hüseynov müalicə müəssisəsinə köçürülməyib” - Vəkil

img

06-01-2019 [14:27]


"Mehman Hüseynov müalicə müəssisəsinə köçürülməyib”.

Mia.az -ın məlumatına görə, bu barədə vəkil Fuad Ağayev Amerikanın Səsinə bildirib: "Mən bu gün, yanvarın 6-da müstəntiqlə əlaqə saxladım. O dedi ki, Mehman Hüseynov müalicə müəssisəsinə köçürülməyib”.

Xatırladaq ki, dünən sosial şəbəkələrdə dekabrın 26-dan aclıq edən Mehman Hüseynovun səhhətinin ağırlaşdığı üçün Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülməsi barədə məlumatlar yayılıb.

Penitensiar Xidmət də yayılan məlumatları təkzib edib: "Mehman Hüseynovun mülaicə müəssisəsinə köçürülməsi üçün heç bir əsas yoxdur. Hüseynov su və qida qəbul edir, səhhətində hər hansı problem yoxdur”, – Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Amerikanın Səsinə bildirib.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR