Rusiyada Azərbaycan vətəndaşlarını daşıyan avtobus aşıb, yaralananlar var

img

06-01-2019 [13:44]


Rusiyanın Stavropol diyarında Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.

"Saat 10.45-də (Bakı vaxtı ilə 11:45) Levokumski kəndinin 1 kilometrliyində Azərbaycan-Moskva marşrutu ilə Azərbaycan vətəndaşlarını daşıyan "Mercedes" markalı marşrut mikroavtobusunun aşması barədə məlumat daxil olub", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, mikroavtobusda 13 nəfər olub:

"İlkin məlumata görə, 6 nəfər yaralanıb. Xəsarət alanlar Levokumski rayon xəstəxanasına aparılıb. Yanğın olmayıb, yol bağlanmayıb".

Digər xəbərlər
SON XƏBƏRLƏR