ware script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Shell indir
Şriftin ölçüsü / 466 dəfə oxunub

Hüquq-mühafizə orqanlarına müraciət edəcəm - Tahir İmanov hədələdi

05 Yanvar 2019 [23:46]

Əməkdar artist, yumor ustası Tahir İmanovun adından Feysbuk sosial şəbəkəsində saxta profil yaradılıb.

Mia.az kult.az-a istinadən xəbər verir ki, bu barədə əməkdar artistin özü məlumat verib. Tahir İmanov qeyd edib ki, məlum profil saxtadır və orada səsləndirilən çağırışların onunla heç bir əlaqəsi yoxdur:

"Feysbukda mənim adımdan saxta profil yaradılıb. Hansı ki, həmin profildə insanları həbsdə olan bloger Mehman Hüseynovu müdafiə etməyə yönəlik çağırışlar yerləşdirilib. Mən bildirirəm ki, sosial şəbəkədəki bu profilin, habelə orada yer alan fikir və çağırışların mənimlə heç bir əlaqəsi yoxdur. Mən Heydər Əliyev ideyalarına sadiq insanam və Prezident İlham Əliyevin siyasətini dəstəkləyirəm. Odur ki, mənim belə bir şəxsi müdafiə etməyim mümkün deyil. Mənim adımdan saxta profil yaradan, yalan bəyanatlar yayan şəxsləri bu işə son qoymağa çağırıram. Əks təqdirdə, hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyəti qarşısında qalacam”.




SON XƏBƏRLƏR