“Ekspress” qəzeti niyə bağlandı? - Açıqlama

img

04-01-2019 [16:55]


Azərbaycanda nəşr olunan gündəlik ictimai-siyasi qəzet olan "Ekspress” fəaliyyətini dayandırıb. 

Qəzet artıq iki gündür ki, nəşr olunmur. Buna səbəb kimi maliyyə problemlərinin olması, qəzetin əsas sponsoru "Nurgun Motors"un maliyyələşməni dayandırmaqla bağlı qərarıdır.

Məlumata görə, artıq uzun müddətdir ki, mətbu orqanın tamamilə dayandırılacağı ilə bağlı kollektivə də məlumat verilib.

Mia.az xəbər verir ki, "Qafqazinfo” məsələ ilə əlaqədar qəzetin baş redaktor əvəzi Qalib İbrahimoğlu ilə əlaqə saxlayıb.

O bildirib ki, texniki problemlərə görə qəzet iki gündür nəşr olunmur: "İndidən qəzetin bağlanıb-bağlanmayacağı ilə bağlı bir şey deyə bilmərəm. Gələn həftə bu barədə qəti qərar veriləcək”.

Qeyd edək ki, "Ekspress" qəzeti KİVDF-dən maliyyə yardımı alan qəzetlərdən biridir. Dekabrda açıqlanan yeni maliyyələşdirmə siyahısında bu qəzetə hər ay 10 min manat olmaqla  qarşıdakı 3 ay üçün 30 min manat vəsait ayrılıb.

Xatırladaq ki, "Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov da bir müddət əvvəl təsisçi olan "Nurgün" şirkəti tərəfindən vəzifəsindən azad olunub.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR