"Qalatasaray"ın Avropa Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərib

04-01-2019 [14:33]
Portuqaliyanın "Benfika” futbol komandasının baş məşqçisi Ruy Vitoriya istefaya göndərilib.

"Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis cari mövsümdəki uğursuz nəticələrlə əlaqədar postundan uzaqlaşdırılıb.

Vitoriya 2015-ci ildən "Benfika”nın baş məşqçisi idi. Komanda onun rəhbərliyi altında 2015/2016 mövsümündə ölkə çempionu olsa da, cari çempionatda 15 turdan sonra 32 xalla 4-cü yerdədir.

Lissabon təmsilçisi Çempionlar Liqasında qrup mərhələsini 3-cü pillədə başa vuraraq Avropa Liqasının 1/16 finalına vəsiqə qazanıb. "Benfika”nın rəqibi isə Türkiyənin "Qalatasaray” komandasıdır.


SON XƏBƏRLƏR