Bərdədə ağır yol qəzası olub, ölən və yaralanan var

img

04-01-2019 [11:23]


Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mia.az "Report"a istinadən bildirir ki, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun rayonun Mirzəxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü isə ağır xəsarətlər alıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR