Şriftin ölçüsü / 174 dəfə oxunub

Səudiyyə Xaşuqcinin qatillərini məhkəmə önünə çıxarır - 5 nəfərə edam istənilir

03 Yanvar 2019 [16:57]
Səudiyyə Ərəbistanının Baş Prokurorluğu jurnalist Camal Xaşuqcinin qətlə yetirilməsilə bağlı Ər- Riyad Cinayət Məhkəməsində ilk dinləmələrin keçiriləcəyini bildirib.

"Əl Ərəbiyyə” telekanalı xəbər verir ki, ilk iclasda jurnalistin qətlində iştirak etməkdə ittiham edilən 11 nəfər məhkəmə qarşısına çıxarılacaq. Onlardan 5-i üçün prokurorluq tərəfindən edam cəzası tələb olunur.

Məlumatda o da vurğulanıb ki, Türkiyə məhkəmə orqanlarına bu məsələyə dair mövcud dəlil-sübutları təqdim etmək barədə sorğu göndərilib, lakin cavab alınmayıb.

Jurnalistin qətlində əli olan bəzi şəxslərə dair istintaq hərəkətlərinin davam etdiyi də diqqətə çatdırılıb/Report/


SON XƏBƏRLƏR
17:55 21.05.2019
Ağdaşda oğru tutulub