Nəsimidəki 1 saylı Körpələr - Uşaq Evində bayram tədbiri keçirilib

img

03-01-2019 [15:49]


Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində bayram tədbiri keçirilib.

Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmuş,burada yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün hər cür şərait yaradılmışdır.

Tədbirdə uşaqlara hədiyyələr təqdim edilmiş, Şaxta baba və Qar qız burada yaşayan uşaqların sevincinə səbəb olmuş, uşaqları əyləndirmiş və birlikdə maraqlı oyunlar keçirmişlər.

Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva və körpələr evinin kollektivi Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya daima uşaqlara göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirdilər.



Digər xəbərlər
SON XƏBƏRLƏR