Leyla Şıxlinskaya rəhbəri olduğu klinikanı satıb

img

03-01-2019 [15:28]


Xalq artisti Leyla Şıxlinskaya rəhbəri olduğu klinikanı satıb.

Bu barədə Teleqraf.com-a klinikadan məlumat verilib.

Bildirilib ki, klinika satılsa da, hələlik ora yeni direktor təyin olunmayıb.

Qeyd edək ki, özəl tibb müəssisəsi olan Leyla Şıxlinskayanın Klinikası 1999-cu ilin avqust ayında açılıb. Açıldığı gündən klinikaya Leyla Şıxlinskaya başçılıq edib.

Leyla Şıxlinskayanın klinikasının adı ötən il məhkəmə çəkişmələri ilə yadda qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR