Milli Məclisdə 5 vəzifəyə rəhbər seçiləcək

img

26-12-2018 [15:48]


Milli Məclisin payız sessiyasının dekabrın 28-də keçiriləcək sonuncu iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarına yeni rəhbərlərin seçilməsi məsələsinə baxılacaq.

Hazırda 5 parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsi boşdur. Bunlar, Azərbaycan - Almaniya, Azərbaycan - Cibuti, Azərbaycan - Kanada, Azərbaycan – Türkmənistan və Azərbaycan – Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri vəzifəsidir.

Dekabrın 28- də Milli Məclisin iclasında Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin namizədliyi təsdiqləndikdən sonra isə 4 parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsi boş qalacaq.

Bundan əlavə, payız sessiyasının sonuncu iclasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarovanın namizədliyi irəli sürülməsi məsələsinə baxılacaq.

Hazırda Azərbaycan – Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Milli Məclis sədrinin müavini Valeh Ələsgərovdur.

2019-cu ilin yaz sessiyasında Milli Məclisin iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərinin seçilməsi məsələsinə baxılacaq. Və işçi qruplarına yeni rəhbərlər seçiləcək/modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR