General jurnalistə vəzifə verdi - Təyinat

img

26-12-2018 [15:39]


"Əməkdar jurnalist” Füzuli İsmayılov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində mətbuat katibi vəzifəsinə təyinat alıb.

Təyinat bu yaxınlarda gerçəkləşib. Qeyd edək ki, F.İsmayılov bu təyinatadək Dövlət Miqrasiya Xidmətində İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

Füzuli İsmayılov Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun, həmçinin, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur.Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasında təhsil alıb.2005-ci ildə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ABŞ-ın mövqeyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir.

1996-cı ildən Azərbaycan Dövlət Radiosunda,1998-ci ildən2005-ci ilə kimi isə Azərbaycan Televiziyasında işləyib.2005-ci ilin may-iyul aylarındaAzərbaycan Müəllimlər İnstitutundakadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb.2005-ci il avqustun 1-dənİctimai Televiziyadaişləyib. Bir müddət Gənclər və İdman verilişləri departemintinə rəhbərlik edib, Musiqi, bədii və əyləncəli verilişlər departemintinin direktoru, İnformasiya və analitik proqramlar departamentinin baş redaktoru, Kino və dublyaj departamentinin direktoru vəzifələrində çalışıb. Həftəlik "Yekun" analitik informasiya proqramı ilə efirə çıxıb və "Gecənin aydınlığı", "Aləm Ailəm" verilişlərinin müəllifi və aparıcısı olub. "Xalq seçir"-Prezident seçkiləri-2013 teledebatlarına moderatorluq edib/Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR