Rusiya Prezidenti KTMT-də tərəfdaş təsisatını təsdiq edib

img

25-12-2018 [17:46]


Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) tərəfdaş təsisatının yaradılmasını nəzərdə tutan protokolun imzalanması barədə hökumətin təklifini təsdiq edən sərəncam imzalayıb.

 "RİA Novosti” xəbər verir ki, KTMT tərəfdaşı bu təşkilatla qarşılıqlı maraq kəsb edən sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quracaq dövlət və təşkilatlardır.

Müşahidəçilərdən fərqli olaraq tərəfdaşlar həmçinin KTMT-nin tədbirlərində də iştirak etmək öhdəliyi qəbul edirlər/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR