"Verilən heyvanların dişsiz, qısır, qotur olması bu sistemdə korrupsiyanın davam etməsinin göstəricidir" - Nazirliyə şok ittiham

img

25-12-2018 [11:41]


"Ünvanlı sosial yardıma şərik olanlar, indi də özünüməşğulluq proqramından qazanmağa başlayıblar"

Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı-alim Qubad İbadoğlu özünüməşğulluq proqramının icrası çərçivəsində layihə qalibi olan vətəndaşlara verilən heyvanların sağlam olmadığını qeyd edərkən bildirib.

O qeyd edib ki, yaşanan mənfi hal pis idarəçiliyin davam etməsinin göstəricisi kimi qəbul edilə biər:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramının icrası çərçivəsində layihə qalibi olan vətəndaşlara ailəsini maddi baxımdan təmin edəcək təsərrüfata sahib olmaq üçün verilən heyvanların dişsiz, qısır, bəzi hallarda qotur olması bu sistemdə korrupsiyanın, pis idarəçiliyin davam etməsinin göstəricidir. 

Ünvanlı sosial yardıma şərik olanlar, indi də özünüməşğulluq proqramından qazanmağa balşayıblar. Sosial müfəttişlər proqram çərçivəsində ailəyə təsərrüfat yaratmaq üçün ayrılan vəsait hesabına alınan heyvanların qiymətini artırmaqla yanaşı, onların çıxdaş və zay olanlarını alır, sağlam və baha qiymətə rəsmiləşdirirlər.

Hesab edirəm ki, xüsusilə də aztəminatlı təbəqənin müstəqil qazanc mənbəyinin formalaşmasına yönələn bu proqramın icrası mətbuatın və vətəndaş cəmiyyətinin ictimai nəzarətindən kənarda qala bilməz. Eyni zamanda, Nazirlik açıqlanan faktlara aydınlıq gətirməli və bu proqramın icrasına məsul olan şəxsləri cəzalandırmalıdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR