Ağ Evdə daha bir gözlənilməz istefa

img

22-12-2018 [21:23]


ABŞ prezidenti Donald Trampın İŞİD terror qruplaşması ilə mübarizədə digər ölkələrlə qarşılıqlı fəaliyyət məsələləri üzrə xüsusi nümayəndəsi Brett Makqurk istefa verib.

O, 2019-cu ilin fevralında öz postunu tərk edəcək.

Bildirilir ki, D.Trampın ABŞ ordusunun Suriyadan çıxmasına dair qərarına görə Makqurkla prezident arasında yaranmış fikir ayrılığı onun istefa qərarına səbəb olub.

Qeyd edək ki, B. Makqurk 2015-ci ildən İŞİD-lə mübarizə ilə bağlı məsələlərlə məşğul olur.



Digər xəbərlər
SON XƏBƏRLƏR