İcra başçısı bir ildə 35 görüş keçirib

img

20-12-2018 [23:50]


"Bu gün yaşadığım Abşeron rayonunun Mehdiabad qəsəbəsində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın növbəti səyyar-qəbulu keçirildi. Qəsəbə sakini kimi bu dəfə də görüşdə iştirak etdim. Mən Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olmuşam. Tam səmimiyyətimlə bildirmək istəyirəm ki, bu gün Azərbaycanda ikinci bir icra başçısı yoxdur ki, İradə xanım kimi vətəndaşlarla açıq qəbul keçirtsin. Artıq başcı ilə vətəndaşların görüşü intensiv xarakter alıb. Qəsəbə və kəndlərdə görüşdən əlavə həftənin birinci günü İradə xanım Xırdalan şəhərində sakinlərlə görüşür. Hər kəsin fərdi müracətlərini dinləyir. Mümkün olan problemlərin həllinə yaxından köməklik göstərir. Abşeron rayonun 15 qəsəbə və kəndi var. Hər həftə xanım icra başcının rayon sakinləri ilə görüşünün şahidi oluruq. Və görüşlə bağlı ölkə mətbuatında, sosial şəbəkə də geniş məlumatlar yayılır. Bunu da hər kəs görür, oxuyur”.

Bu fikirləri BAXCP sədrinin müavini, ölkənin tanınmış QHT sədri Niyaməddin Orduxanlı MİA.az saytına açıqlamasından bildirib. Onun sözlərinə görə, İradə Gülməmmədova Azərbaycanda icra başçıları üçün ortaya bir nümunə qoyub : " Xanım başcı bir ilə Abşeron rayonunda 35 görüş keçirdib. Bunun beşi Mehdiabad qəsəbəsinə düşür. Bir faktı deyim. 20 ildir mən Abşeron rayonunda bələdiyyə seçilirəm. 4 dəfə bələdiyyədə qalıb gəlmişəm. Və bələdiyyə rəhbəri kimi də çalışmışam. 3 dəfə də deputat seçkilərində Abşeron rayonundan namizəd olmuşam. Əhali ilə birbaşa təmasım olub. Bu günə qədər Abşeron rayonuna təyin edilən icra başçısı görmədim ki, İradə xanım kimi bir ildə qəsəbə və kəndlərdə bu qədər görüş keçirtsin. Həqiqəti demək də imandandır. Bir necə ay bundan qabaqkı görüşdə Mehdiabad qəsəbəsinin mövcud problemlərini İradə xanım diqqətinə çatırmışdım və görüşdən qısa müddət sonra İradə xanımın təşəbbüsü ilə problem öz həllini tapbdı. Keçən görüşdə iştirak edən qəsəbə sakinlərimiz də bunun şahidi oldu. İradə xanım bütün görüşlərə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri , icra nüməyəndələri, bələdiyyə sədrləri ilə gəlir. Bilirsiniz ki, mən hər gün ölkə mətbuatını yaxından izləyəirəm və sosial şəbəklərdən geniş istifadə edirəm. Mənim diqqətimi mətbuatda çəkməyib ki, rayon icra hakmiyyətinin başcıları tez-tez vətənaşlarla qəbullar keçirsin. İrada xanım isə, Azərbaycanda bir nümunə yaradıb. Bütün dövlət strukturlarının yerli rəhbərləri ilə kənd-kənd, qəsəbə-qəsəbə gəzib hər bir vətəndaşın, qəsəbənin , kəndin problemi ilə maraqlansın. Qəsəbənin ümumi probleminin həlli istiqamətində dövlət strukturlarının rəhbərlərinə- Azərsu, Azərişıq, Azərqaz və digər strukturlara rəsmi müraciət edir.”

Niyaməddin Orduxanlının sözlərinə görə, bir il qabaq qəsəbəmiz də şagirdlərin çoxluğundan məktəblərimiz də iki növbəli dərslər keçirilirdi: " Bir necə ay bundan qabaq İradə xanımın birbaşa dəstəyi ilə artıq qəsəbəmiz də beşinci məktəb tikilib istifadəyə verildi. Çox qısa müddətdə ən müasir iki mərtəbəli məktəb inşa edildi. Sakinlərimiz üçün minlərlə şagirdin təhsil alacağı bu cür məktəbin tikilməsi sevindirici haldır. Bilirsiniz ki, Mehdiabad qəsəbəsində artıq qeyri-rəsmi olaraq 40 000 vətəndaş yaşayır. Şəhid ailələrinə xüsusi diqqətin şahidi oluram. Başçı qəsəbəmizin şəhid ailəsinin evinin əsaslı təmir-tikinti işinin aparılmasını da həyata keçirdib. Bu gün şəhid anası buna görə başcıya özü xüsusi minnətdarlığını çatdırdı. Həmçinin də bu görüşdə də qəsəbə sakinləri həm fərdi, həm də ümumi problemlərdən danışdılar. Çox səmimi şəraitdə söhbətlər oldu. Fərdi müraciət edən şəxslərin demək olarki mümkün olanı problemləri yerindəcə həll edildi. Bu səfər də qəsəbə sakini kimi çıxış etdim. Qəsəbəmizin ən vacib problemlərdən biri də, 1996-ci ildə qəsəbə sakinlərinə verilən kənd təsərrüfatlı əkin torpaqların da fərdi mənzillərin tikilməsini və bu evlərə vətəndaşların uzun illərdi mülkiyyət hüququnun qanunla ala bilməməsini dedim. Səbəb kimi həmin torpaqlar öz təyinatına uyğun istifadə edilməməsidir. Torpağın təyinatının dəyişdirilməsi isə, birbaşa Nazirlər Kabinetinin səlahiyyətinə aiddir. Vaxtilə qəsəbəmiz də 1000 ha islahata gedib və vətəndaşlara pulsuz paylanılıb. Bu gün həmin torpaqların böyük əksəriyyətin də minlərlə ev tikilib. Küçələr salınıb, komunal xidmətlər aparılır. İcra başçısı da bununla bağlı sakinlərə bildirdi ki, tək Mehdiabad qəsəbəsində deyil, Abşeron rayonunun kənd və qəsəbələrin də bu cür hallar var və bunun həlli istiqamətində rayon rəhbəri kimi ölkənin baş naziri Novruz Məmmədovla, Kənd Təsərrüfat naziri İnam Kərimovla, Daşınmaz Əmlak Komitəsinin rəhbəri Kərəm Həsənovla görüşlər keçirdib. Abşeron rayonun da real vəziyyət məsul şəxslərin diqqətinə çatdırıb. Bunun həllinə çalşdığını qeyd etdi . Dedi ki, bu məsələnin həlli istiqamətində işlər aparılır...”.


Digər xəbərlər
SON XƏBƏRLƏR