“Aygünü yola verin getsin” - Röyadan xalq artistinə atmaca + VİDEO

20-12-2018 [11:49]
ARB TV-nin "Show News” verlişininin növbəti müsahibi əməkdar artist Röya Ayxan olub.

Röya qalmaqqalı "Altın kələbək” mükafatından söz açıb:

"Başa düşmürlər ki, mən "anbulansam”, minin gəlin dalımca. Məni yalandan efirdə təbrik edib sonra telefonda müsabiqələri lağa qoymuram. Aygün Kazımovanı mükafata layiq idi. Bundan sonra kim gələcək bilmirəm. Bizdən sonra güclüləri var. İstəyərdim Ehtiram getsin”.

Röya, xalq artisti Aygün Kazımova ilə məclislərin birində barışdığı dedi-qodularına da aydınlıq gətirib:

"Böyük bir məclis idi və mənim də otağım ayrı idi. O da səhvən otağıma girdi. Mən də dəvət etdim və oturub yedik-içdik. Mən rahat yaşayan adamam. Bu söhbət 2 il bundan qabaq olub. Mən hər zaman nə olursa olsun, ona salam vermişəm. O da mənim salamımı alıb. Düzdür, arada bir almır. Cici qızdır da, yola verin getsin...”

Ölkə.Az



SON XƏBƏRLƏR