ABŞ Rusiya kəşfiyyatçılarına sanksiya tətbiq edib

img

20-12-2018 [10:16]


ABŞ Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsində şübhəli bilinən Rusiyanın 18 vətəndaşına sanksiya tətbiq edib.

Məlumatı ABŞ-ın Maliyyə Nazirliyi yayıb.

Nazirliyin tərtib etdiyi siyahıya S.Skripal və onun qızını zəhərləməkdə əsas şübhəlilər sayılan Ruslan Boşirov və Aleksandr Petrov da daxil edilib.

Petrovun əsl adı Aleksandr Mişkin, Boşirovunki isə Anatoli Çepiqadır. Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşları olan A.Mişkin və A.Çepiqan S.Skripal və onun qızının zəhərlənməsində iştirak etmədiklərini deyiblər. 

Xatırladaq ki, cari il martın 4-də Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya zəhərlənib.

Bu hadisə Rusiya ilə Britaniya arasındakı diplomatik münasibətlərdə gərginlik yaradıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR