18-12-2018 [13:21]
Deputat Siyavuş Novruzov Rusiyada yaşayan iş adamı İlham Rəhimovun ünvanına sərt fikirlər səsləndirib.
O, parlamentin plenar iclasında çıxışında qeyd edib ki, həmin şəxs iki gündən bir "Yeni Müsavat” qəzetinə iki səhifəlik müsahibə verir və deputatları ittiham edir:
"O, Azərbaycan-Rusiya münasibətlərindən danışır, deputatları ittiham edir. Deyir ki, Rusiya ilə əlaqələrin qurulması üçün çoxlu şeylər edib. Biz parlament üzvləri olaraq hər kəsin fəaliyyətindən yaxından tanışıq. İki dəfə deputat seçilmək üçün namizədliyini verdi. Heç 3 faiz də səs toplamadı. Bu adam Rusiyada yaşayır. İndiyə kimi Rusiya mətbuatında onun Azərbaycanın problemləri ilə bağlı hansısa yazısını görmüsünüzmü? Özünü cinayət hüququ üzrə professor adlandırır. İndiyə kimi xalqımıza edilən cinayətlərlə bağlı hansısa araşdırmalar aparıb ortaya qoyub ki? Deyir ki, Milli Məclisdəkilər məni tanımırlar. Biz hər kəsi yaxşı tanıyırıq, o cümlədən onu da”.
Deputat həmçinin çıxışında Azərbaycanı sevməyən qüvvələr barədə də danışıb. O bildirib ki, Azərbaycanın uğurları artdıqca, ölkəmizi sevməyən qüvvələr, erməni lobbisi ilə maliyyələşənlər Azərbaycan haqqında mənfi fikirlər formalaşdırmağa başlayırlar. Biz addımımızı geri qoyduqca, onlar bir az da məsələnin üzərinə gəlirlər: "Kanalları, saytları açdıqca görürük ki, bu gün dövlət quruculuğunda, inkişafında, ölkənin təhlükəsizliyinin qorunmasında, ictimai-siyasi sabitliyin qorunmasında, dövlətimizin qurucusu ümummilli lider haqqında olmazın təhqiramiz fikirlər söyləyirlər. Biz niyə susmalıyıq. Bir qrup deputatlar hesab edir ki, onlara cavab verməklə onların səviyyəsinə düşəcək. Bu mahnını 20 ildir ki, parlamentdə eşidirəm. Kim söz demək istəmir, bu bəhanə ilə sözün altından çıxmağa çalışır. Burada oturan deputatların hər biri təhqir olunur. Onlara cavab vermək 3-5 adamın adına yazılmayıb. Ziyalı, alim, akademik,sıravi deputatların hər biri onlara cavab verməli, dövlət başçısını, ümummilli liderini qorumalıdır. Biz onları başlı-başına buraxmışıq. Onlar nə mill azadlıqda olub, nə döyüşlərdə iştirak edib, nə xalqın taleyüklü məsələlərində fəaliyyət göstəriblər. Müxtəlif fikirlərlə aradan çıxıb gedib xaricdə, orda- burda oturub Azərbaycan haqqında təxribat aparırlar”.
Hüquq-mühafizə orqanlarına müraciət edən S. Novruzov söyləyib ki, bir aylıq monitorinq aparıb nəticəni aidiyyatı strukturların qarşısına qoysunlar: "Sual verin ki, sizin ölkənizdə dövlət çevrilişinə çağırış, silahlanmaqla bağlı fikir söylənilsə, dövlət başçıları təhqir edilsə, nə edərdiniz? Almaniyada, Fransada kimsə dövlətə qarşı məqalə və yazı yazsa, gecə ilə həbs edirlər. Amma Azərbaycan əleyhinə bu qədər çağırış edilir. O zaman niyə onları bəsləyirsiz? Hüquq-mühafiqə orqanları İnterpola konkret sənədlər təqdim etməlidir”.
qafqazinfo
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb