Spiker jurnalistlərə çağırış etdi: "Diqqətli olun"

18-12-2018 [12:43]

"Milli Məclisin iclaslarında deputatların çıxışı təhrif edilir, konteksdən çıxarılır”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

O.Əsədov qeyd edib ki, parlamentin iclaslarını işıqlandıran jurnalistlər diqqətli olmalıdırlar: 

"Milli Məclisdə akkreditasiya edilən jurnalistlər, xahiş edirəm, bu məsələdə diqqətli olun. Burada deyilən sözləri olduğu kimi verin. Cümlələri kontekstdən çıxarmaq lazım deyil”.




SON XƏBƏRLƏR