15 qızılağac ağacını kəsən şəxs prokurorluğa verildi - Nazirlikdən açıqlama

img

17-12-2018 [13:35]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Lerik rayonunun Vizəzəmin kəndi ərazisində köküstə yaş 15 qızılağac ağacının kəsildiyi aşkar edilib və təbiətə 8900 manat məbləğində ziyan dəydiyi məlum olub.

Mia.az ETSN-ə istinadən bildirir ki, araşdırma zamanı ağacların Lerik rayon sakini Asif Rzayev tərəfindən kəsildiyi müəyyən olunub və faktla bağlı təqsirkar barəsində akt tərtib edilib: 

"Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymətin verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilib".

Digər xəbərlər
SON XƏBƏRLƏR