DSX Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa hissəsindəki döyüş postlarını təhvil alıb

img

14-12-2018 [15:21]


 "Dövlət Sərhəd Xidmətinin hərbi potensialını nəzərə alaraq, Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Koman­danı İlham Əliyev Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin Dövlət Sərhəd Xidməti tərəfindən təhvil alınması tapşırığını verib".

Bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində deyib.

E.Quliyev bildirib ki, bu, Azərbaycan sərhədçisinə göstərilən ciddi etimadın ifadəsidir: "Azərbaycan Res­pub­likasının dövlət sərhədinin tam mühafizə altına götürülmə­sinin əsasını qo­yan bu tapşırığın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən şərəflə icra olunması, sərhədçilər üçün bu ərazilərin həm sərhəd, həm də səngər olması, bu gün həmin ərazilərdə xidməti-döyüş fəaliyyətinin Döv­lət Sər­həd Xid­mə­tinin Sərhəd Qoşunları tərəfindən təşkil olun­ması, hazırda bu istiqa­mət­də dövlət sərhədinin mühafizəsi sisteminin ya­ra­dıl­ması məqsədilə ardıcıl və dina­mik işlərin həyata keçirilməsi böyük qürurla qeyd olunmalıdır".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR