İdman jurnalistləri sorğu keçirdi - İlin məşqçisi seçildi

img

14-12-2018 [14:45]


Azərbaycanda 2018-ci ilin ən yaxşı məşqçisinin adına aydınlıq gəlib.

Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub.

Səsvermədə 59 mətbuat orqanından (1-i müstəqil jurnalist) 63 jurnalist iştirak edib. 49 səs toplayan Qurban Qurbanov ilin ən yaxşı məşqçisi seçilib. 46 yaşlı mütəxəssis demək olar ki, yekdilliklə bu mükafata layiq görülüb. Sorğuda iştirak edənlərdən 5-i U-19 millisinin baş məşqçisi Vüqar Məmmədə, 3-ü "Keşlə” ilə bu il Azərbaycan kubokunu qazanan Yuri Maksimova, 3-ü "Neftçi”nin baş məşqçisi Roberto Bordinə, 3-ü isə "Keşlə”nin  hazırkı çalışdırıcısı Tərlan Əhmədova səs verib.

Qurban Qurbanov 2018-ci ildə "Qarabağ”a ardıcıl 5-ci dəfə Azərbaycan çempionluğunu qazandırıb. Bundan başqa, "Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edib. Bu il Azərbaycanı avrokubokların qrup mərhələsində təmsil edən yeganə klub "Qarabağ” olub. Bu da Qurbanovun ilin məşqçisi seçilməsində həlledici amillərdən biridir.

Qurban Qurbanova ilin məşqçisi mükafatı dekabrın 17-də təqdim olunacaq. 

Qeyd edək ki, Q.Qurbanov son 10 ildə 9-cu dəfədir Azərbaycanın ən yaxşı məşqçisi olur.

Digər xəbərlər
SON XƏBƏRLƏR