Lavrovdan Qarabağla bağlı açıqlama: "Kreativ fikirlər tapmağa çalışacağıq”

img

14-12-2018 [14:18]


"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların davam etdirilməsinə səmimi tərəfdardır".

Bunu Bakıda jurnalistlərlə görüşü zamanı Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov deyib.

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə "uzun və ətraflı” söhbət” etdiklərini diqqətə çatdıran rusiyalı nazir Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların davam etdirilməsinə səmimi tərəfdar olduğunu vurğulayıb.

"Azərbaycanın və Ermənistanın yaxın tərəfdaşı, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya razılaşmalara nail olunması üçün əlindən gələni edəcək. Məsələnin həllinə bünövrə yaratmağa kömək edəcək kreativ fikirlər tapmağa çalışacağıq”, –  nazir qeyd edib.

Rusiya xarici işlər naziri həmçinin Ermənistandakı seçkilərdən sonra yeni yaradılacaq höklumətin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəal təmaslara davam etməyə hazır olacağına ümidvarlığını da bildirib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR