Ziyafət Əsgərovun qardaşı vəzifədən azad edildi: "Nifrət olunmalı sistemdir"

img

14-12-2018 [10:49]


Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri Əli Əsgərov tutduğu vəzifədən azad edilib.

Mia.az xəbər verir ki, unikal.org-a istinadən xəbər verir ki, Ə.Əsgərov öz istəyi ilə, vəzifəsindən gedib.

Əli Əsgərov vəzifəsindən getməsinin səbəbini unikal.org-a açıqlayıb. Sabiq sədr bildirib ki, pensiya yaşına çatmağınahələ üç il qalmasına baxmayaraq öz istəyi ilə işdən çıxıb:

"Mən uzun illər müalicə həkimi işləmişəm. Təsadüfən Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri vəzifəsinə təyinat almışdım. Hesab edirəm ki, komissiyanın işi işləniləsi deyil, nifrət olunmalı bir sistemdir. Qismət eləydi. İş elə gətirdi ki, gəlib burada da çalışdım”.

Ə.Əsgərov bundan sonra fəaliyyətini həkim kimi davam etdirəcəyini də istisna etməyib: 

"Hələlik heç yerdə çalışmıram. Qismətimi gözləyirəm. İnşallah hər şey yaxşı olacaq”.




Digər xəbərlər
SON XƏBƏRLƏR