Elmar Məmmədyarov moldovalı həmkarı ilə görüşdü - Müzakirələr aparılıb

img

13-12-2018 [19:19]


Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Moldova xarici işlər və Avropa inteqrasiyası naziri Tudor Ulyanovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, E.Məmmədyarov bu səfərin həyata keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirərək, onun ikitərəfli münasibətlərin geniş gündəliyi üzrə müxtəlif məsələlər ətrafında mövqelərin əlaqələndirilməsi üçün gözəl imkan yaratdığını qeyd edib.

Aparılan fikir mübadiləsi çərçivəsində tərəflər arasında siyasi-diplomatik, o cümlədən səfərlər mübadiləsinin davam etdirilməsi, beynəlxalq və regional əməkdaşlıq barədə ətraflı müzakirələr aparılıb.

İki ölkə arasında iqtisadi və ticarət sahəsində əməkdaşlığın təşviq edilməsinin vacibliyi qeyd edilərək, onun keyfiyyət baxımından yeni, daha yüksək səviyyəyə qaldırılması məqsədilə, İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının təşkili, habelə ayrı-ayrı dövlət qurumları və işgüzar dairələri tərəfindən yerinə yetirilməli işlərin əlaqələndirilməsi perspektivləri müzakirə edilib. Logistika, sənaye, energetika və nəqliyyat sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli əməkdaşlıq fürsətlərinin olduğu vurğulanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı