Tamerlan Qarayev geri çağırıldı - Prezident yeni vəzifə verdi

img

13-12-2018 [18:36]


Prezident İlham Əliyev bu gün daha iki sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Tamerlan Elmar oğlu Qarayev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Prezidentin digər sərəncamı ilə Tamerlan Elmar oğlu Qarayev Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR