Paşinyan pul axtarır: "Hərbi büdcəni təqribən 2,5 milyard dollara çatdırmaq lazımdır"

img

13-12-2018 [16:13]


"Ermənistan silahlı qüvvələrinin inkişafı üçün beş il ərzində hərbi büdcəni təqribən 2,5 milyard dollara çatdırmaq lazımdır".

Bunu Ermənistanın baş naziri v.i.e. Nikol Paşinyan hökumətin iclasında deyib.

Bu maliyyənin haradan cəlb ediləcəyinə gəlincə, o, bildirib ki, həmin vəsaiti tapmaq üçün çox işləmək lazımdır: "Bu vəsaitin bir hissəsini hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılmasına ayırmaq lazımdır. Bu, silahlı qüvvələrin döyüş hazırlığının yüksəldilməsi baxımından çox vacibdir”.

N.Paşinyanın sözlərinə görə, digər mühüm tapşırıq hərbi-sənaye kompleksinin inkişafı olmalıdır/Trend.


Digər xəbərlər
SON XƏBƏRLƏR