“Elmed” Tibb Mərkəzinin cərrahı hakim qarşısında - Xəstə ölümü ilə bağlı

img

13-12-2018 [15:48]


"Elmed” Tibb Mərkəzinin cərrahı Məhəmməd Neciyevin barəsində cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Mia.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İstintaq orqanı tərəfindən Məhəmməd Neciyevə qarşı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

O, "Elmed” Tibb Mərkəzində əməliyyat zamanı dünyasını dəyişmiş Himayil Əliyevin ölümündə səhlənkarlıq etməkdə günahlandırılır.

Qeyd edək ki, "Elmed” Tibb Mərkəzində ölüm hadisəsi bu ilin oktyabr ayında baş verib.

1963-cü il təvəllüdlü Himayil Əliyev oktyabrın 4-də səhər saat 11 radələrində "öd daşı və kəskin kalkulyoz" diaqnozu ilə "Elmed” Tibb Mərkəzinə daxil olub və əməliyyata götürülüb.

Himayil Əliyev əməliyyatdan sonra həmin gün axşam saat 21 radələrində dünyasını dəyişib.


Digər xəbərlər
SON XƏBƏRLƏR