Qanunsuz ov edən daha 5 nəfər saxlanıldı

img

13-12-2018 [11:40]


Şəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir.

​DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz ov etdiklərinə görə rayonun Orta Muğan kənd sakini olan 3 nəfər saxlanılıb, onlardan 3 ədəd ov tüfəngi götürülüb.

​Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə rayonun Yenikənd kənd sakini olan 2 nəfərdən müvafiq sənədləri olmayan 2 ov tüfəngi götürülüb.

​Bu istiqamətdə tədbirlər davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı