Xəzər Universitəsində “Elm və Sənət Məclisi”

img

12-12-2018 [15:39]


1 dekabr 2018-ci il tarixində Xəzər Universitəsində ənənəvi "Elm və Sənət Məclisi”nin 68-ci məşğələsi keçirilib.

Məşğələni giriş sözü ilə Xəzər Universitəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı açaraq məruzəçi alim, Beynəlxalq Qafqaz və Azərbaycan Çay Assosiasiyaları İctimai Birliyinin prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Bölməsinin rəhbəri, aqrar elmləri doktoru, professor Fərman Quliyevin həyat və yaradılıcılığı haqqəında geniş məlumat verib.

Sonra məruzəçi Azərbaycanda çay və sitrus plantasiyalarının salınmasından, çayçılığın və sitrus bitkilərinin inkişafı ilə dövlət proqramlarının qəbul edilməsi haqqında ətraflı danışıb. Məşğələ iştirakçılarının diqqətinə çatdırılıb ki, ölkəmizə çay bitkisi XIX əsrin əvvəllərində gətirilib. 1929-cu ildən elmi əsaslarla becərilməsinə, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılıb.
Məruzə ətrafında müzakirələrdə İradə Xəlilova, Əlövsət Əmirbəyli, Rövşən Abbasov, Elsevər İbadov, Cavid Ocağı (Xəzər Universitəsi), Abbas İsmayılov, Zaur Həsənov ( Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə ), Əli Şamilov (AMEA-nın Folklor İstitututu), Nemət Məmmədli, İsmixan Yusubov ( Bakı Dövlət Universiteti) və digərləri çıxış ediblər. Professor Hamlet İsaxanlı maraqlı məruzə üçün professor Fərman Quliyevə dərin təşəkkürünü bildirib və ona universitənin hədiyyəsini təqdim edib. Xatirə şəkilləri çəkildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR