Azərbaycana gələn bir qrupun şəxsin sənədləri saxta çıxdı - DSX-dən açıqlama

img

12-12-2018 [15:03]


Dövlət Sərhəd Xidməti Azərbaycana gələn bir qrupun şəxsin sənədlərində saxtalığı aşkarlayıb.

Bu barədə DSX-dən Mia.az-a verilən məlumata görə, Moskva-Bakı reysi ilə uçub gələn Pakistan vətəndaşı, 1989-cu il təvəllüdlü Anwar Johnynin Böyük Britaniyaya məxsus pasportun qis­mən saxta olması, Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşı, 1984-cü il təvəllüdlü İmran Saqibin İsveçə məxsus İD kartının tam saxta olması müəyyən olunub, Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı, 1993-cü il təvəllüdlü Zubaydiva Ziyodanın pasportunda tarix-ştampların, Erbil-Bakı reysi ilə uçub gələn Böyük Britaniya vətəndaşı 1984-cü il təvəllüdlü Swar Solav Moohammed Aminin isə pasportunun saxta olması müəyyən edilib. Araşdırma zamanı üzərindən ona məxsus İraq vətəndaşı, 1982-ci il təvəllüdlü Qahriya Sulaiman Husseinin adına olan pasport aşkar olunub, Dubay-Bakı reysi ilə uçub gələn Hindistan vətəndaşı 1992-ci il təvəllüdlü Chaudhari Ravindrakumar Joitabhainin Azərbaycana elektron vizasının saxta olması aşkarlanıb: "Saxlanılan şəxslər barəsində müvafiq təd­bir­lər görülüb".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı