Tereza Mey: “İstefaya getsəm "Brexit" ləngiyə, hətta pozula bilər”

img

12-12-2018 [14:46]


 Böyük Britaniyanın Baş naziri Tereza Mey ona qarşı etimadsızlıq göstərilməsinə nail olmaq üçün müvafiq proseduru başlayan Mühafizakar Partiyasından olan həmkarlarına cavab verib.

TASS xəbər verir ki, T.Mey istefaya gedəcəyi təqdirdə "Brexit" məsələsinin yubanmasına, hətta tamamilə pozulmasına gətirib çıxaracağını, etimadsızlıq barədə səsvermədə iştirak etmək üçün İrlandiya səfərini təxirə saldığını açıqlayıb.

Digər tərəfdən, bu axşama nəzərdə tutulan səsvermə ərəfəsində Nazirlər Kabinetinin ən nüfuzlu üzvləri baş nazirə dəstək veriblər. Belə ki, Tereza Meyin hökumət başçısı vəzifəsində qalmasına tərəfdar olanlar arasında xarici işlər naziri Ceremi Hant, maliyyə naziri Filip Hammond, daxili işlər naziri Səcid Cavid, əmək və təqaüdlər naziri Ember Radd, ətraf mühit mühafizəsi, ərzaq və kənd təsərrüfatı naziri Maykl Gouv, beynəlxalq inkişaf naziri Penni Mordont var.

Xatırladaq ki, "Brexit" məsələsinə dair danışıqlardan narazı qalan Mühafizəkar Partiyasının nümayəndəri bu gün partiya lideri olan Baş nazir Tereza Meyə qarşı etimadsıqlıq göstərilməsi üçün prosedura başlayıblar/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı