İşdən azad olunan nazir müavininin intihar xəbəri təsdiqlənmədi - Məmmədov yaşayır

img

12-12-2018 [11:15]


Bu ilin  iyun ayının 21-də vəzifəsindən uzaqlaşdırıan Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Asəf Məmmədov intihar edib.

 Bu şokedici məlumat "AzPolitika.info”ya Muxtar Respublikadakı mötəbər mənbələrdən daxil olub.

Saytın iddiasısına görə, Asəf Məmmədov dekabrın 7 -də öz evində özünü asaraq həyatına son qoyub və bu xəbər ictimaiyyətdən gizlədilməyə çalışılıb. 

***

 Azinforum.az saytı isə Naxçıvandakı çox mötəbər mənbələrdən dəqiqləşdirib ki, yayılan xəbər həqiqəti əks etdirmir:

"Naxçıvan  elə bir yerdi ki, burada kiminsə öldüyünü gizlətmək mümkün deyil. Ələxsus da tanınmış, uzun müddət yüksək postda işləmiş bir adamın nəinki intihar etməsi, hətta dünyasını dəyişməsi ilə bağlı xəbər belə sadə əhali arasında sürətlə yayılır. Bu baxımdan da, bir müddət əvvəl işindən azad edilən məmur nəinki intihar edib, o,  heç dünyasını belə dəyişməyib və hal-hazırda yaşayır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı