Statusmanın yeni “Aforizmlər” kitabı görüşə gəlir

img

11-12-2018 [22:51]


Statusmanın 4-cü kitabı artıq redaktə mərhələsindədir. Bu barədə Statusman təxəllüslü Doktor Hümbət Həsənoğlu özünün feysbuk sosial şəbəkəsində paylaşım edib. 

Paylaşımı olduğu kimi oxucuların nəzərinə təqdim edirik:

"Dostlar, yazdığım aforizmlərlə bağlı bir fikrimlə bölüşürəm. Mənim aforizmlər kitabımın ikinci hissəsi hazırlanır. İllərlə yazdığım aforizmləri FB-də iki səbəbdən bölüşürəm. Əvvəla FB- də virtual müəlliflik hüququmu təsdiqləyirəm, ikincisi, sizin aforizmlərə reaksiyanıza görə onları çeşidləyirəm.
Bu səbəbdən siz layklarınızla mənə həmmüəllif olursunuz ki, buna görə də hər birinizə xüsusi minnətdarlığımı bildirirəm!

Mütəxəssislərin dediyinə görə, bir müəllifi olan aforizmlər kitabı ədəbiyyatımızda yoxdur. Əksini bilən varsa, desə minnətdar olaram!

Əgər yazdığım yüzlərlə aforizmdən ikisi gələcək nəsillərin dilində səslənsə, özümü xoşbəxt sayaram!
Bunu yazdım ki, intensiv yazdığım statuslara səbirlə yanaşasınız!

Hə, yazdığım statuslar onlayn rejimdə bir neçə dilə tərcümə olunur və bunun arxasında çox dəyərli dostum Vusal Hetemov başda olmaqla kreativ düşüncəli komanda dayanır! Ona və bütün komandaya dərin minnətdarlığımı və sonsuz hörmətimi bildirirəm! Həmişə var olsunlar!

Stusman (Hümbət Həsənoğlu)"

Xatırladaq ki, bu yaxınlarda ərsəyə gələcək yeni kitab Statusmanın nəşr olunmuş dördüncü kitabı olacaq.

Onu da bildirək ki, Statusmanın öncə nəşr olunmuş "Statusman”, "Kəpənək xoşbəxtliyi” və "Aforizmlər” kitablarında həyata, insana, ictimai münasibətlərə ümumilikdə fəlsəfi, eyni zamanda güclü bir pozitiv-optimist yanaşma var. Kitabların ideya cəhətdən bir özəllliyi də var: Sosial şəbəkə istifadəçiləri tərəfindən zaman-zaman böyük zövqlə oxunan statusların print-kitab formatında ərsəyə gəlməsi digər yazar-"statusman”lara da stimul verəcək.

Qeyd edək ki, müəllifin dili çox sadədir. Eyni zamanda maraqlı ibarələrlə ifadə olunub. Yazılarda bol-bol həyat sevgisi, pozitiv ruh, optimizm, gündəlik həyatın ən xırda elementlərindən böyük estetik zövq alma həvəsi var. Müəllif statuslarında estetika, pedaqogika, etika, dilçilik, sosiologiya, psixologiya, fəlsəfə, təbabət, ekologiya, ailə dəyərləri və sair bu kimi vacib mövzulara toxunur. Vətənpərvərlik, xalqsevərlik, azərbaycançılıq hisslərinə köklənmiş statuslar isə öncəki kitablarda olduğu kimi, nəşr olunacaq 4-cü kitaba da xüsusi dəyər bəxş edir.

Statusmanın ərsəyə gələn kitablarını komanda olaraq aşağıdakı həvəskar oxucular tərtib etmişlər:

Tanınmış jurnalist, filoloq Rəhman Orxan,

Tanınmış mədəniyyətşünas, ictimai xadim Ağalar İdrisov,

Xeberlent.az saytının baş redaktoru Bəhruz Salmanov,

Birlik.az və xeberlent.az saytlarının direktoru, AMEA-nın əməkdaşı, şərqşünas Vüsal Hətəmov

Şərqşünas-filoloq Şəfa Fərhadqızı


Məlumat üçün qeyd edək ki, ixtisasca göz həkimi olan Quliyev Hümbət Həsən oğlu Moskva vilayəti, Noqinsk şəhəri, Kosmik Fəzaya Nəzarət Mərkəzinin poliklinikasında həkim, baş həkim, Leninqrad Hərbi-tibbi Akademiyasının göz xəstəlikləri kafedrasında həkim, Almaniyanın Toypits şəhərində, Sovet Hərbi Hospitalında göz xəstəlikləri şöbəsinin müdiri vəzifəsində çalışıb. Sonradan ikinci ixtisas kimi Berlin biznes məktəbini bitirən Doktor Hümbət Quliyev uzun illər Sumqayıt Biznes Mərkəzinin təsisçisi və prezidenti olub.

Hümbət Quliyev Türkiyə, İspaniya, ABŞ, Braziliya, Rusiya, Qazaxıstan və digər ölkələrdə sahibkarlığın müxtəlif problemlərinə həsr olunmuş tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmişdir.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq